Prezident İlham Əliyev: Biz İslam həmrəyliyi üçün çox böyük işlər görürük

Prezident İlham Əliyev: Biz İslam həmrəyliyi üçün çox böyük işlər görürük
06 2017 08:49

Biz İslam həmrəyliyi üçün çox böyük işlər görürük. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox mötəbər tədbirlər həyata keçirilib. Biz İslam mədəniyyətini dünyada təbliğ etmək üçün çoxsaylı tədbirlər, təqdimatlar, sərgilər keçiririk. Biz istəyirik ki, bütün dünya bilsin və görsün ki, İslam sülh dinidir, mərhəmət dinidir. Bizim qədim mədəniyyətimiz var və biz mədəniyyətimizlə fəxr edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilməsi mərasimində söyləyib.

Dövlətimizin başçısı bildirib ki, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıda bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır.


24 Yan 2025
Siyasət

"Azəriqaz"ın rəhbəri Salyan sakinləri ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan rayonunun sakinləri ilə görüşüb.

24 Yan 2025
Siyasət

Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddəti bitən Belarusun səfiri Andrey Ravkov ilə görüşüb.

24 Yan 2025
Siyasət

Azərbaycan Quru Qoşunları komandanı Türkiyədə rəsmi səfərdədir

Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfər edib.

24 Yan 2025
Siyasət

Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Sabirabadda vətəndaşları qəbul edib.

24 Yan 2025
Siyasət

Sahibə Qafarova Cahit Bağçını qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.