Prezident İlham Əliyev: Azərbaycanın bugünkü uğuru hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir (YENİLƏNİB-2)

Prezident İlham Əliyev: Azərbaycanın bugünkü uğuru hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir (YENİLƏNİB-2)
13 2017 11:19

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir.

İlham Əliyev bildirib ki, energetika daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi təkcə ölkənin potensialını yüksəltməyib, regional və beynəlxalq əməkdaşlığa da imkan verib:

"Bununla əlaqədar olaraq, Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Azərbaycan təbii qazının Avropa bazarlarına tədarükü Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Bu layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə - 72 faiz, Transanadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə - 60 faiz və Transadriatik qaz kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi başa çatdırılıb".

Dövlətimizin başçısı vurğulayıb ki, təsdiq edilmiş ehtiyatları ən azı 1,2 trilyon kubmetr olan “Şahdəniz” dünyada ən iri qaz yataqlarından biridir:

"Biz, həmçinin gələcəkdə Azərbaycanın tranzit potensialının gücləndirilməsi məqsədilə iri layihələrin icrasına başlamışıq. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması planlaşdırılır. Bu layihənin həyata keçirilməsi ilə Çindən Avropaya yüklərin daşınması müddəti 25-30 gündən 12-15 günədək azalacaq. Eyni zamanda, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində bütün tikinti işləri ötən il başa çatdırılıb. Beləliklə, Azərbaycan əsas nəqliyyat “hab”ına çevrilir. Bu gün bizim iqtisadi siyasətimizin prioritetləri iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafıdır”.

Məqalədə qeyd olunur ki, sənayə sahəsinin inkişafını təmin etmək məqsədilə sənaye parkları və zonaları inşa edilir. 2018-ci ildə Sumqayıt Kimya-Sənaye Parkında investisiya dəyəri təqribən iki milyard dollar olan bir neçə zavod açılacaq. Pambıq, tütün, fındıq, çay və ixraca yönəldilmiş digər məhsulların istehsalı artacaq, eləcə də aqro-sənaye parkları və iri fermaların sayı çoxalacaq.

Bildirilir ki, informasiya sektorunun inkişafının təmin edilməsi məqsədilə xidmətlərin keyfiyyəti və ölkənin informasiya tranzit dəhlizi kimi potensialı gələcəkdə də yaxşılaşdırılacaq. Elektron vizanın və rüsumsuz sistemin tətbiqi, həmçinin Avropa Oyunları və “Formula 1” yarışı kimi iri idman tədbirlərinin keçirilməsi ölkədə turizmin inkişafına əhəmiyyətli töhfə verəcək.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.