Prezident İlham Əliyev: Azərbaycan xalqı bu gün də İslam daxilində və konfessiyalararası həmrəyliyə öz töhfələrini verir

Prezident İlham Əliyev: Azərbaycan xalqı bu gün də İslam daxilində və konfessiyalararası həmrəyliyə öz töhfələrini verir
15 2017 15:05

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslam həmrəyliyi - zamanın çağırışı” adlı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, müraciəti Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev oxuyub.

Müraciətdə qeyd olunur: "Hörmətli konfrans iştirakçıları! Sizi, “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, ən xoş arzu və diləklərimi bildirirəm.

Avropa ilə Asiyanın qovşağında yerləşən qədim Azərbaycan torpağında müxtəlif dinlərə, ayrı-ayrı mədəniyyətlərə mənsub insanlar tarix boyu əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan xalqı bu gün də özünün dərin tarixi köklərə malik, zəngin tolerantlıq və multikultural ənənələrini qoruyur, sivilzasiyalararası dialoqa, İslam daxilində və konfessiyalararası həmrəyliyə öz töhfələrini verir. Buna görə də zamanın çağrışlarına səs verən İslam həmrəyliyinə həsr olunmuş konfransın keçirilmə məkanın dəqiq seçilməsi şübhəsizdir.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunduqdan sonra xalqımız öz tarixi, mənəvi ənənələrinə sadiqliyini böyük coşqunluqla bir daha nümayiş etdirdi. Bu münasibətlə Azərbaycanda və xaricdə bir sıra əhəmiyyətli və faydalı tədbirlər keçirildi. Dünyada multikulturalizmin Azərbaycan modelinə xüsusi maraq və diqqət yarandı. Bütün bunlar ona gətirdi ki, ötən ilin məntiqi davamı olaraq 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edildi.

Müasir dünyamızda İslam həmrəyliyinin vacibliyi ilk olaraq İslam daxilindəki həmahəngliyin bərqərar edilməsində özünü göstərir. Bu, müxtəlif məzhəblər arasında dini anlaşılmazlıqların elmi müstəvidə aradan qaldırılması, bütün İslam ölkələri arasında qarşılıqlı hörmət və etibara əsaslanan münasibətlərin qurulmasıdır. Bununla yanaşı, İslam həmrəyliyi dedikdə, həmçinin İslam və digər dinlər arsında harmoniyanın yaranması nəzərdə tutulur. Buna nail olmaq, əslində, dünya dinləri arasında ahəngdar və bir-birinə inamlı münasibətin daha da möhkəmlənməsinə, İslam ölkələri ilə digər ölkələr arasında bəşəri dəyərlərə əsaslanan xoş münasibətlərin inişafına nail olmaq deməkdir. Bunun üçün çox işlər görmək və real addımlar atmaq lazımdır.

Sizin konfransınız Azərbaycanda İslam həmrəyliyi ilə əlaqədar bu istiqamətdə görüləcək işlərin artıq başlanmasına ciddi bir işarədir.
Bu gün İslama və digər konfessiyalara mənsub görkəmli alimlərin, din xadimlərinin dinlərarası mühüm, aktual məsələləri belə yüksək səviyyədə müzakirə etmələri özünün müstəsna elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dünyası və xalqları, eyni zamanda dünya dövlətləri və xalqları arasında qardaşlıq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət etməlidir.

Ümüdvaram ki, konfrans nəinki islam aləmində, bütün dünyada həmrəylik və dostluğun daha da möhkəmlənməsi işinə öz lazimi töhfəsini verəcək.

Bu nəcib fəaliyyətinizdə bir olan Uca Allahdan sizə könül xoşluğu, cansağlığı və konfransınızın işinə uğurlar arzulayıram".


18 Mar 2025
Siyasət

Ceyhun Bayramov Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayrampv Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib.

18 Mar 2025
Siyasət

Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi

Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

18 Mar 2025
Siyasət

Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 162 ölkədən 338,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

18 Mar 2025
Siyasət

Mehriban Əliyeva Azərbaycan xalqının İlaxır çərşənbəsini Ağdərədən təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını İlaxır çərşənbə münasibətilə təbrik edib.

18 Mar 2025
Siyasət

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlayıb.