Prezident İlham Əliyev daha bir nazirlə bağlı qərar verdi

Prezident İlham Əliyev daha bir nazirlə bağlı qərar verdi
30 2017 09:59

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib. Müşavirədə pambıqçılıq sektoruna birbaşa cavabdeh olan kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış etməyib.  Maraqlıdır ki, H.Əsədovdan başqa bütün şəxslərin şıxışına şərait yaradılıb.
Müşavirədə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Gilan Holdinq”in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz Camalov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış etdilər.
İstiqlal.az-ın araşdırmalarına görə, H.Əsədovun "oyundankənar" vəziyyətdə qalmasına səbəb onun sabiq nəqliyyat naziri Ziya Məmmədovla quda olmasıdır.
 "Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik ləğv edildikdən sonra sabiq nazirin yaxınları da siyasi hakimiyyətin qara siyahısına düşüb. Təbii ki, bu sırada sabiq nazirin qudası, kənd təsərrüfat naziri H.Əsədov ön sıradadır. Sabiq nazirin oğlu və KTN başçısının kürəkəni Anar Məmmədova, eləcə də onun atasına  siyasi hakimiyyətin qəzəbi məlumdur. Və bu qəzəb Z.Məmmədovun qudasına da münasibətdə də özünü biruzə verir. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirədə H.Əsədova söz verilməməsi də buradan qaynaqlanır. Çox güman ki, yaxınlarda H.Əsədov da nazir kreslosu ilə vidalaşmalı olacaq" - deyə hakimiyyətdəki mənbə istiqlal.az-a bildirib.

30 Noy 2023
Siyasət

Prezident İlham Əliyevin Dubayda Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.

30 Noy 2023
Siyasət

Laçından Zabuxa avtobus marşrutu açılacaq - RƏSMİ

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 167 və 196 nömrəli qəsəbələrarası, 186, 217, 508 və 557 nömrəli şəhərətrafı, Bakı-Ağdaş, Bakı-Şirvan, Bakı-Şabran, Bakı-Qəbələ, Bakı-Kürdəmir, Bakı-Ağcabədi, Bakı-Şamaxı, Sumqayıt-Quba, Qusar-Xudat şəhərlərarası, eləcə də Laçın şəhəri-Zabux kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

30 Noy 2023
Siyasət

Ceyhun Bayramov ATƏT-in iclasında iştirak edir - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak edir.

30 Noy 2023
Siyasət

Prezident dövlət agentliyinə beş milyon manat ayırdı

Prezident İlham Əliyev Bərdə-Ağdam (40 km)-Əsgəran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

30 Noy 2023
Siyasət

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib.