Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat nazirini qəbul edib (YENİLƏNİB)

Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat nazirini qəbul edib (YENİLƏNİB)
21 Dek 2016 14:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin Bakıda keçiriləcək görüşünün önəmini qeyd etdi. Dövlətimizin başçısı Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin Azərbaycana səfərinin həm Şuranın iclasında iştirakı, həm də ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğuladı.

Nazir Nihat Zeybekci Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinə toxunan nazir Nihat Zeybekci 15 iyul hadisələri zamanı Azərbaycanın Türkiyəyə ən böyük dəstək verən ölkə olduğunu dedi.

Azərbaycan ilə Türkiyənin ən yaxın qardaş ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birinə hər zaman dəstək vermələrini təbii hal kimi dəyərləndirdi.

Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı, iqtisadi sahədə əməkdaşlığımızın inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.


4 Okt 2023
Siyasət

Gürcüstanda güclü yağışlar selə səbəb oldu - VİDEO

Gürcüstanın Qara dəniz sahilindəki Kobuleti şəhərində güclü yağışlar sel və daşqınlara səbəb olub.

4 Okt 2023
Siyasət

Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi həlledici taktiki üstünlük idi”

“Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir.

3 Okt 2023
Siyasət

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir

Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir.

3 Okt 2023
Siyasət

Rəşad Nəbiyevin vətəndaş qəbulu təxirə salınıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin oktyabrın 9-da Zaqatala şəhərində - Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.