Bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.
Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə iştirak edir.
Dövlət başçısı müşavirədə giriş nitqi söyləyib.
Sonra Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Gilan Holdinq”in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz Camalov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış ediblər.
11:25
Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 167 və 196 nömrəli qəsəbələrarası, 186, 217, 508 və 557 nömrəli şəhərətrafı, Bakı-Ağdaş, Bakı-Şirvan, Bakı-Şabran, Bakı-Qəbələ, Bakı-Kürdəmir, Bakı-Ağcabədi, Bakı-Şamaxı, Sumqayıt-Quba, Qusar-Xudat şəhərlərarası, eləcə də Laçın şəhəri-Zabux kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak edir.