Prezident “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər” sərgisində

Prezident “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər” sərgisində
06 2017 13:17

Bakıda 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçirilir.

REALPRESS.Az APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olub.

Qeyd edək ki, sərgidə 20 ölkəsini təmsil edən 272 şirkət iştirak edir.

Sərgidə 17 milli və regional stend açılıb. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər var. Sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgiyə milli, Sloveniya və Stavropol vilayəti isə regional stendlə qatılıb.

Bu il ilk dəfə olaraq Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə bu ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirir. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətləri də var.

Aprelin 6-8-də Bakı Ekspo Mərkəzində təşkil olunacaq “AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi də keçirilir.


19 Mar 2025
Siyasət

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdərə səfərindən videoçarx paylaşıb

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonuna səfərindən videoçarx paylaşıb.

18 Mar 2025
Siyasət

Ceyhun Bayramov Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayrampv Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı paylaşım edib.

18 Mar 2025
Siyasət

Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi

Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

18 Mar 2025
Siyasət

Azərbaycana İsraildən gələnlərin sayı 4 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 162 ölkədən 338,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

18 Mar 2025
Siyasət

Mehriban Əliyeva Azərbaycan xalqının İlaxır çərşənbəsini Ağdərədən təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını İlaxır çərşənbə münasibətilə təbrik edib.