Post-sovet ölkələrinin sakinləri üçün Rusiya vətəndaşlığı sadələşdirildi

Post-sovet ölkələrinin sakinləri üçün Rusiya vətəndaşlığı sadələşdirildi
10 Dek 2016 10:16

Rusiya Dövlət Duması keçmiş SSRİ vətəndaşlarına üç il ərzində - 2020-ci ilə qədər Rusiya pasportunun verilməsi prosedurunu sadələşdirilməsinə dair qərar qəbul edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə cümə günü, dekabrın 9-da, “Moskva” şəhər xəbərləri agentliyi məlumat yayıb. 

“Sovet İttifaqının dağılmasında faciəvi məqamlardan biri də odur ki, bir çox ailələr müxtəlif dövlətlərdə qaldılar. Əlbəttə ki, biz bunun nəticələrini tam aradan qaldırmağı bacarmarıq, lakin biz bu insanlara kömək edə bilərik”, - RF Dövlət Dumasının qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov deyib.

Sənəd 2002-ci ilin noyabrın 1-ə qədər Rusiyaya gəlmiş və vətəndaşlığı və ya yaşamaq üçün icazəsi olmayan keçmiş SSRİ vətəndaşlarına və onların uşaqlarına aid edilir.

Bundan əlavə qanun həmçinin Rusiyaya 2012-ci ilə qədər gələn və sənədlərini itirən keçmiş Sovet İttifaqının vətəndaşlarına da şamil olunur.

12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.