Portuqaliya parlamenti 1932-1933-cü illərdə baş vermiş hadisələri (“Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi tanıyıb.
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko özünün “Twitter” səhifəsində yazıb
Poroşenko bununla əlaqədar rəsmi Lissabona minnətdarlığını bildirib.
Portuqaliya parlamentinin qəbul etdiyi qətnamə 1932-1933-cü illərdə Ukrayna SSR ərazisində kütləvi aclıq səbəbindən insanların ölümünü soyqırımı kimi tanıyır və bunu pisləyir. Sənəd ötən əsrin 30-cu illərində Ukraynada baş vermiş hadisələrə oxşar halları pisləməyə çağırır.
Qeyd edək ki, 1932-1933-cü illərdə Stalin rejiminin yürütdüyü siyasət nəticəsində 7 milyon ukraynalı aclıqdan ölüb.
“Biz Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri sənədləşdiririk. Artıq müxtəlif faktlar, o cümlədən cinsi zorakılıqla bağlı 20 minə yaxın cinayət işi açılıb”.
Kanada Ukraynaya 40-dək zirehli döyüş maşını, eləcə də pilotsuz uçan aparatları üçün 6 kamera göndərəcək.
“Türkiyə ilə razılaşmanın arxasında dayanırıq”.