Polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdən tərxis olundu

Polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdən tərxis olundu
11 2017 09:13

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdən istefaya çıxıb.

Bu barədə “AzeriDefence”yə açıqlamasında polkovnik A. Qurbani özü məlumat verib.

Abdulla Qurbaninin hərbi xidmətdən tərxis edilməsi barədə əmr dekabrın 15-də verilib.

“Dekabrın 13-də 60 illiyim oldu. Ondan öncə istefaya göndərilməyim barədə raportla rəhbərliyə müraciət etmişdim. Rəhbərlik də sağ olsun, raportuma baxaraq müvafiq əmr verdi”, – deyə Qurbani bildirib.

A.Qurbani qeyd edib ki, o, fəaliyyətini mülki həyatda da davam etdirəcək. Hazırda o, 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş əsərlər üzərində işləyir. Bundan başqa, o, ölkədə vətənpərvərlik işinin qurulması, təbliği və genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Polkovnik A. Qurbani namizədliyinin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrliyinə irəli sürülməsi barədə yayılan bəzi məlumatlara da münasibət bildirərək, belə bir məsələnin olmadığını deyib: “Mən 20 ildən çoxdur Veteranlar Təşkilatının prezidium üzvüyəm. Onlara tədbirlərin təşkilində kömək etmişəm və bundan sonra da əsirgəməyəcəm. O təşkilata rəhbərlik mənlik deyil. Mən vəzifə həvəsində olmamışam. Olsaydım, işimi atıb əsgər kimi Murovdağa səngərə getməzdim”.

“Mən orduda bir il, il yarım xidmət edən hər bir əsgəri “Vətənə xidmətə görə, “sağ ol!” devizi altında təntənə ilə yola salaraq belə bir ənənənin əsasını qoydum. İstərdim ki, orduda 5 il, 10 il, 20-30 il xidmət edənlərin də hamısı belə təntənə ilə yola salınsınlar”, – deyə A.Qurbani bildirib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.