Polis Stokholmda terror aktını törətməkdə şübhəli bilinən şəxsi saxlayıb

Polis Stokholmda terror aktını törətməkdə şübhəli bilinən şəxsi saxlayıb
08 2017 11:50

Stokholm polisi yük maşınını insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyi Aftonbladet qəzetinə istinadla məlumat verib. Xəbərə əsasən, saxlanan şəxsin yüngül xəsarətlər aldığı məlum olub və o, hadisədə əli olduğunu etiraf edib. Qəzetin mənbələrinin bildirdiyinə görə, həmin şəxsin əlamətləri polisin açıqladı şəxsin əlamətləri ilə üst-üstə düşür. Lakin İsveç polisi hələ ki bu məlumatı təsdiq etməyib. Polis hadisəni terror aktı kimi araşdırır.

Xatırladaq ki, naməlum şəxs Stokholmda qaçırdığı yük avtomobilini insanların üzərinə sürüb. Nəticədə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Oxşar hadisə bir müddət əvvəl Almaniyanın Qeydelberq şəhərində, Londonda, ötən il isə Nitsada baş vermişdi.


17 İyul 2026
Dünya

Almanya və Fransa hərbçiləri “nüvə” təlimlərində iştirak edəcək

Almaniya kansleri Fridrix Merts "X" sosial şəbəkəsində ölkəsinin hərbçilərinin Fransanın təşkil etdiyi nüvə çəkindirmə təlimlərində iştirak edəcəyini təsdiqləyib.

17 İyul 2026
Dünya

Endi Bernem Britaniyanın yeni baş naziri olacaq

Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının yeni lideri seçilib.

17 İyul 2026
Dünya

İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.

17 İyul 2026
Dünya

Venesuelada zəlzələ qurbanlarının sayı 5000-ə çatıb

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5 000 nəfərə çatıb.

17 İyul 2026
Dünya

Azərbaycanda qızılın qıramı neçəyədir?

Qlobal bazarlarda qızılın qiymətində dəyişikliklər fonunda yerli bazarda fərqli əyarlı metalların qiyməti müəyyənləşib.