Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyi verilib.
REALPRESS.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın təşkilat yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov bildirib.
Namizədlik rəsmi şəkildə baxılması üçün Azərbaycan tərəfindən təşkilatın İcrayyə Komitəsinə təqdim edilib.
Seçkilər bu ilin payızında keçiriləcək.
Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru İrina Bokovanın səlahiyyət müddəti bu il başa çatır.
O, 2009-cu ildən bu vəzifəni icra edir, 2013-cü ildə ikinci dəfə baş direktor seçilib.
Bu ilin yanvarın 28-də Kəlbəcərdə həlak olan Fəthulla Siracovun atası Qasım Siracov oğluna şəhidlik statusu verilməməsindən narazıdır.
Müdafiə Nazirliyi Ağdamın İsmayılbəyli kəndindən görüntülər paylaşıb.
2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.