Böyük Britaniyanın paytaxtı Londonda rusiyalı milyarder Valeri Koqanın nəvəsi, 19 yaşlı İrina Koqanın ingilis əsilli yəhudi Daniel Kenveylə toy mərasimi keçirilib.
REALPRESS.Az spletnik.ru-ya istinadən xəbər verir ki, gecədə dünya ulduzlarından Elton Con, Merayya Keri, Antonio Banderas, rusiyalı tanınmışlar Filipp Kirkorov, Stas Mixaylov, Aleksandr Serov, İqor Nikolayev, Lev Leşenko, azərbaycanlı müğənni Yusif Eyvazovla xanımı, opera ifaçısı Anna Netrebko, eləcə də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Xatırladaq ki, V.Koqan Rusiyanın “Forbes” jurnalının iki il əvvəl tərtib etdiyi varlılar siyahısında 200 biznesmen arasından 41-ci yerdə qərarlaşmışdı, onun sərvəti 2,5 milyard dollar təşkil etmişdi.
Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.
Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.
CinemaPlus kinoteatrlar şəbəkəsində bu gündən eyniadlı DC komiks seriyası – The Batman əsasında rejissoru Mett Rivzin çəkdiyi Amerika elmi fantastika döyüş filminin nümayişinə başlayıb.