Peyvəndə nəzarətdə yenilik tətbiq olunacaq

Peyvəndə nəzarətdə yenilik tətbiq olunacaq
18 2017 11:46

2017-ci ildən respublikanın şəhər və rayonlarında peyvənd işinə nəzarəti gücləndirmək üçün yeniliyin tətbiqi tətbiqi nəzərdə tutulur. 

Trend-n məlumatına görə, bunu bu gün keçirdikləri mətbuat konfransında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Sağlamlıq kartına uşağın bütün peyvəndləri haqqında məlumatların daxil edildiyini deyən mərkəzin direktor müavininin sözlərinə görə, peyvənd işinə nəzarəti gücləndirmək üçün sağlamlıq kartı sistemi vasitəsi ilə hər bir uşağın peyvənd olunması barədə məlumatı hesabat formasında əldə etmək imkanı yaradılıb. Artıq Bakı şəhərində sinaqdan keçirilmiş bu proqramın 2017-ci ildən respublikanın digər şəhər və rayonlarında tətbiqi nəzərdə tutulur. ​

A.Əliyeva deyib ki, 2014-cü ildən peyvəndlər ölkəmizə UNİCEF-in xətti ilə gətirilir: "Əksər flakonlar bir dozalı olur. Vaksinlərin etibarlı saxlanması məqsədi ilə “soyuq zəncir” sistemi gücləndirilib. Vaksinlər istehsalçıdan uşağa qədər düzgün qaydada, yəni soyuq zəncir sistemi ilə çatdırılır".

A.Əliyeva qeyd edib ki, son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı epidemioloji sabitlik təmin edilib. 2016-ci il ərzində respublika üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olub. Belə ki, yenidoğulmuşların vərəm əleyhinə BCG peyvəndi ilə əhatə olunması 97,8%, HepB peyvəndi ilə 98,0%, poliomielit əleyhinə (OPV0) 97,8%, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6%, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6%, pnevmokok əleyhinə peyvəndlə 96,5%, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə 97,9% təşkil edib.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.