Peyvənd təqviminə uyğun olaraq ölkəmizdə uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir

Peyvənd təqviminə uyğun olaraq ölkəmizdə uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir
04 2017 11:06

Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla həyata keçirilən əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş siyasət nəticəsində səhiyyəmizdə əldə edilmiş güclü tərəqqi profilaktik təbabətin inkişafına da öz bəhrəsini verib.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun sanitar–epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib.

Sektor müdiri qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizə işində müasir strategiyalar tətbiq olunmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulub. Nəticədə qonşu ölkələrdə epidemioloji gərginliyə baxmayaraq, respublikamızda epidemioloji sabitliyi qoruyub saxlamaq mümkün olub. Onun sözlərinə görə, bu istiqamətdə görülən prioritet tədbirlərdən biri uşaqların immunoprofilaktikasıdır. Avropanın inkişaf etmiş dövlətlərində qəbul edilmiş peyvənd təqviminə uyğun olaraq ölkəmizdə uşaqların 11 xəstəliyə qarşı müdafiəsi təmin edilir. B tipli hemofil infeksiyaya və pnevmokok xəstəliklərinə qarşı vaksinin tətbiqinə isə son illərdə başlanılıb.

V.Qasımov bildirib ki, ölkə üzrə peyvənd planının 95-97 faizinin yerinə yetirilməsi və immunlaşdırma işinin mütəmadi təkmilləşdirilməsi nəticəsində xüsusi profilaktika vasitələri ilə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə edilib.

Sektor müdiri poliomielit, difteriya, qızılca, məxmərək, göy öskürək, epidemik parotit xəstəliklərinin ölkəmizdə artıq müşahidə edilmədiyini də kollegiya iştirakçılarının diqqətinə çatdırıb.


13 Yan 2026
Cəmiyyət

Azərbaycan 3 ölkədən təbii bal tədarükünü bərpa edib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 478 min ABŞ dolları dəyərində 85,3 ton təbii bal idxal edib.

13 Yan 2026
Cəmiyyət

Sumqayıtda silah-sursat tapılıb

Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.

13 Yan 2026
Cəmiyyət

Bu ayın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.

13 Yan 2026
Cəmiyyət

Sabah Bakıya sulu qar yağacaq, güclü külək əsəcək - 14.01.2026

Azərbaycanda yanvarın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

13 Yan 2026
Cəmiyyət

Biləsuvarda zəlzələ olub

Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.