Peterburq metrosunda partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Peterburq metrosunda partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
04 2017 14:23

Rusiyanın səhiyyə naziri Veronika Skvortsova Peterburq metropolitenində baş verən partlayış nəticəsində həlak olanların sayının 14 nəfərə çatdığını bildirib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, onlardan 11-i hadisə yerində, 3-ü isə xəstəxanada ölüb. Nazirin sözlərinə görə, hazırda şəhər xəstəxanalarında terror aktı zamanı xəsarət alan 49 nəfər müalicə olunur.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metropoliteninin “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut” stansiyaları arasında hərəkət edən qatarda güclü partlayış törədilib. Terrorçunun vaqonlardan birində 200-300 qram trotil ekvivalentində naməlum partladıcı qurğunu işə saldığı bildirilir. Son məlumata əsasən, terror aktının mümkün icraçısı Qırğızıstanın Oş şəhərinin sakini, 1995-ci il təvəllüdlü Rusiya vətəndaşı Akbarjon Cəlilovdur.

Bundan başqa, həmin hadisədən bir qədər sonra “Ploşad Vosstaniya” stansiyasında daha bir partladıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.


17 İyul 2025
Dünya

Tramp Pakistana səfər edəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.

17 İyul 2025
Dünya

İraqda Türkiyə sərhədi yaxınlığındakı neft yataqlarına yenidən zərbə endirilib

İraqın şimalında “Tauke” neft yatağına növbəti dəfə pilotsuz təyyarə (PUA) hücumu həyata keçirilib.

17 İyul 2025
Dünya

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.

17 İyul 2025
Dünya

Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib

Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib.

17 İyul 2025
Dünya

İraqdakı yanğında ölənlərin sayı 63-ə çatıb - YENİLƏNİB

İraqın şərqindəki Kut şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 63-ə çatıb.