Peruda daşqınlar və torpaq sürüşmələri nəticəsində 11 nəfər həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlara və torpaq sürüşmələrinə səbəb yağan güclü yağışlar olub.
Məlumatda deyilir ki, əlverişsiz hava şəraiti səbəbindən təxminən 11,4 min ailə zərər çəkib.
Qeyd edək ki, cümə günü Perunun paytaxtı Lima daxil olmaqla Arekipa, Uankavelika və İka şəhərlərində fövqaladə vəziyyət rejimi elan edilib.
Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda karxana tikintisində çökmə baş verib.
ABŞ-nin Kentukki ştatının Luisvill hava limanı yaxınlığında "UPS Airlines" şirkətinə məxsus "MD-11" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
ABŞ-nin Missisipi ştatında ammonyak və digər kimyəvi maddələrin istehsalında ixtisaslaşan kimya zavodunda partlayış baş verib, nəticədə havaya xeyli zəhərli kimyəvi maddə yayılıb.