ABŞ Müdafiə Nazirliyi raket zərbəsinin endirildiyi Suriya ordusunun aviabazasında kimyəvi silahların saxlanıldığını iddia edir.
REALPRESS.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin bəyanatında bildirilir.
“Suriyanın “Şəyrat” aviabazası kimyəvi silahların saxlanılması üçün istifadə edilib. ABŞ kəşfiyyatının məlumatına görə, aprelin 4-də kimyəvi silahlardan istifadə etmiş təyyarələr məhz bu aerodromdan havaya qalxıb. Zərbə kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirilib”, - deyə Ceff Devisin bəyanatında bildirilir.
Qeyd edək ki, prezident Donald Tramp Suriya komandanlığının kimyəvi silahın istifadəsi üçün yararlandığı aerodroma raket zərbəsinin endirilməsinə dair göstəriş verdiyini bildirib.
ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən 59 qanadlı raketin buraxıldığı bildirilir.
Çinin Şanxay şəhərində yerləşən sənaye mərkəzində baş verən güclü yanğın nəticəsində səkkiz nəfər həlak olub.
ABŞ hərbçilərinin yerləşdiyi Viktoriya hərbi düşərgəsi yaxınlığına bir neçə raket atılıb.
Hindistanın Maharaştra ştatında COVID-19 pasiyentlərinin müalicə aldığı xəstəxanada baş verən yanğında 13 nəfər ölüb.