Bakı şəhərindəki ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr təşkil olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə,idarənin təşkilatçılığı ilə keçirilən müsahibələr kitabxana işçilərinin peşəkar ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq ehtiyaclar əsasında qruplar üzrə təlimlərin keçirilməsi və kitabxana işçilərinin birgə koordinasiyası ilə müştərək layihələrin təşkil edilməsi məqsədilə reallaşdırılır.
Artıq paytaxtın 7 inzibati rayon üzrə 300 kitabxana işçisinin müsahibəsi yekunlaşıb. İlin sonunadək digər rayonlardakı ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr də yekunlaşacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək layihələr 9 fəaliyyət istiqamətini əhatə edir. Ümumi təhsil məktəblərində çalışan kitabxana işçiləri ilə müsahibələr “Mütaliə və ünsiyyət” fəaliyyət istiqaməti çərçivəsində həyata keçirilir.
Dünya torpaq günündə meşə fondu torpaqlarında 30 mindən çox ağac əkilib.
5 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak və çıxış edib.
"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.