Babək prospekti və M.Hadi küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.
Məhdudlaşdırma təmir işlərinin aparıldığı zolaq üzrə tətbiq edilir, digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalır. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək.
Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Dövlət İmtahan Mərkəzi tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
"Sabah"ın heyəti Azərbaycan Kubokunun qalibi olmağa imkan verir.
Azərbaycanın hərbi qulluqçusu NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub.