Fevralın 7-si xalqımızın igid oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə paytaxtın fəal gənclərinin bir qrupu Mübariz İbrahimovun xatirəsini dərin ehtiramla yad edərək, məzarı üzərinə tər çiçəklər düzüblər.
Anım tədbirində çıxış edənlər Azərbaycanın qəhrəman övladı Mübariz İbrahimovun misilsiz igidliklərindən danışıb, onun şəhidlik zirvəsinə ucaldığını vurğulayıblar. Qeyd edilib ki, Mübariz İbrahimovun təkbaşına düşmənə sarsıdıcı zərbələr endirərək adını xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk etməsi Azərbaycan Ordusunun və bütövlükdə xalqımızın torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağını sübut etməklə yanaşı, düşmənə qətiyyətli mesaj oldu.
Gənclər Vətənimizin azadlığı uğrunda canlarından keçmiş digər şəhidlərin də xatirələrini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Ramiz Mehdiyev AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin edib.
AMEA-nın prezidenti Ramiz Mehdiyev iclasda qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.
“Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir”.