Parolları gələcəkdə informasiyanın qorunmasının daha etibarlı üsulu əvəzləyəcək

Parolları gələcəkdə informasiyanın qorunmasının daha etibarlı üsulu əvəzləyəcək
30 2017 12:24

İnternet istifadəçiləri çox zaman asan tapıla bilən parollardan istifadə edirlər.“Keeper Security” şirkəti böyük resurslardan məlumatların axını nəticəsində 10 milyon parola sahib olub. Beləliklə, şirkət 2016-cı ildə istifadəçilər arasında ən populyar parolların reytinqini hazırlamağa nail olub.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, “123456” rəqəmlərinin kombinasiyası ən məşhur parollar reytinqinin dəyişilməz lideridir. Ondan 17 faiz insan istifadə edib. Onluğa daxil olan dörd parol isə bu kombinasiyanın müxtəlif variantlarıdır.

Parol qismində “1q2w3e4r” və ya “123qwe” kimi hərf və rəqəmlərin kombinasiyaları istifadəçilərin təhlükəsizlik məqsədilə gözlənilməz nümunələrdən istifadə etməyə çalışdığını göstərir.

Məlumatların qorunmasının əsas üsulu kimi parollardan istifadə çox etibarsız təcrübədir. Statistikaya əsasən, istifadəçi 10-20 proqram üçün mürəkkəb və unikal parolları yadda saxlaya bilmir. Bu səbəbdən parol problemi zaman keçdikcə daha da aktual olur.

Ekspertlər növbəti bir neçə il ərzində parolların “ölümünü” proqnozlaşdırırlar. Onları gələcəkdə informasiyanın qorunmasının daha etibarlı üsulu – biometriya əvəz edəcək.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.