Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva seyminin (parlamentin) yeni sədri Viktoras Prantskietis ilə görüşüb.
Azərbaycanın Litvadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfir H.Məmmədzadə V.Prantskietisi Litva seyminin sədri seçilməsi münasibətilə təbrik edərək, iki ölkə arasında əlaqələrin səviyyəsindən razılıq bildirib və Azərbaycan-Litva əlaqələrinin bütün sahələr üzrə inkişafının vacibliyini vurğulayıb. O, ikitərəfli münasibətlərdə parlamentlərarası dostluq qruplarının əhəmiyyətini qeyd edərək, seymdə yenidən formalaşmış Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri ilə tanışlıq görüşünün keçirildiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Litva Seyminin sədri V.Prantskietis səfir H.Məmmədzadəni salamladıqdan sonra Xəzər dənizindəki neft platformasında yanğın zamanı insanların həlak olması ilə əlaqədar başsağlığı verib. Seymin sədri Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ölkəsinin rəsmi mövqeyini təkrarlayaraq, Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşdığını, Litvanın Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib və iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.
Executive MBA Proqramı regionda ən yaxşı MBA seçimlərindən biri hesab edilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərindədir.
Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb.