Palatalar yaradılıb, məktəblər dezinfeksiya edilib - Qrip təhlükəsi var?

Palatalar yaradılıb, məktəblər dezinfeksiya edilib - Qrip təhlükəsi var?
07 Dek 2016 09:41

Azərbaycanda qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi tədbirləri çərçivəsində xəstəxanalarda palatalar yaradılıb, respublikadakı məktəblər, məktəbəqədər və digər təhsil müəssisələri dezinfeksiya edilib.

Bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyevanın sözlərinə görə, palatalar ölkənin bütün mərkəzi rayon xəstəxanalarında, Bakıda isə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Kliniki Tibbi Mərkəzdə və digər kliniki xəstəxanalarda və 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında yaradılıb.

A.Əliyeva deyib ki, həmin səhiyyə müəssisələrinin hər birində daxil olan bütün xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb.

Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar qrip və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə imzaladığı əmr əsasında SN tibb idarə və müəssisələrinə, eyni zamanda RGEM-ə payız-qış mövsümündə qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə göstərişlər verilib: “Buraya xəstələrin vaxtında aşkar olunması, onların müayinə və müalicəsi, ağır xəstələr olarsa, onların hospitalizasiyası, məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində profilaktik dezinfeksiya tədbirlərinin aparılması daxildir. Əmrə əsasən, şəhər dezinfeksiya stansiyaları tərəfindən respublika üzrə bütün məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində və digər təhsil müəssisələrində noyabr ayının ilk 2 həftəsi ərzində dezinfeksiya işləri həyata keçirilib”.


3 İyun 2023
Cəmiyyət

FHN Gəncə Beynəlxalq Hava Limanında taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Gəncə Regional Mərkəzinin iştirakı ilə Gəncə Beynəlxalq Hava Limanında “İnsanların kütləvi istifadə etdiyi mühüm əhəmiyyətli obyektlərdə mümkün yanğın hadisəsinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

3 İyun 2023
Cəmiyyət

Ordubadda Zəvvar arxı qardan və lildən təmizlənib

Ordubad rayon Su təsərrüfatı və Meliorasiya İdarəsi Zəvvar arxının 800 metrdən çox hissəsini qardan və lildən təmizləyib.