Pakistanın Kurram qəbilələr vilayətində yerləşən Paraçinar şəhərindəki meyvə-tərəvəz bazarında törədilmiş partlayış nəticəsində azı 18 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Pakistan polisinin məlumatına görə, partlayış yanvarın 21-də səhər saatlarında əldəqayırma partladıcı qurğu vasitəsilə törədilib. Hadisəyə görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.
Partlayışla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.
Marşal adaları bayrağı altında günəbaxan tumları daşıyan “Thoe” quru yük gəmisi Ukraynanın Çernomorsk limanını tərk edərək Türkiyəyə doğru hərəkət edir.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasında görüşə bilərlər.