Emin Cami müqavimət göstərərək üzərində olan ''şəhid kəməri''ni partlatmağa cəhd edib
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1978-cı il təvəllüdlü, Azərbaycan vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlu xüsusi əməliyyat nəticəsində öldürülüb.
Adı çəkilən şəxsin cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə ölkə ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bununla əlaqədar, dekabrın 3-də terrorçu Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan "şəhid kəməri"ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən öldürülüb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir
Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.
“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.
Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.