İnternetdə özü ilə duet oxuyan tutuquşunun əks olunduğu videoçarxın baxış sayı sürətlə artır.
Oxu.Az xəbər verir ki, kadrlarda elektron qurğuya yazılan ifasını dinləyən Kuippo ləqəbli tutuquşu paralel olaraq həmin mahnını oxuduğunu görmək olar. Bu qeyri-adi çıxış yetərincə uzun çəkir.
Bununla yanaşı o, arada susaraq elektron “əkizinə” oxuma imkanı da verir, sonra yenidən öz şən mahnısına davam edir.
Bu “konsert”in harada və nə vaxt baş tutduğu məlum deyil.
İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı bir neçə kilometr hündürlüyə kül püskürüb. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı görüntülər paylaşılıb.
Böyük Britaniyanın London, Birmingem, Bristol və digər şəhərlərinin sakinləri səmada meteorun düşmə anını müşahidə ediblər.
Amerika kosmik agentliyi NASA hər kəsi xüsusi bir virtual fotostenddə Mars mənzərələri fonunda şəkil çəkdirməyə dəvət edir.