Milli Məclisin bu gün keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunub.
REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.
Z.Oruc deyib ki, Azərbaycanda hazırda çoxlu sayda müəssisələr özəlləşdirməyə çıxarılır: “Keçmişdə əhaliyə verilən özəlləşdirmə çekləri ilə bağlı məsələyə qayıtmalıyıq. Özəlləşdirmə çekləri yenidən tədavülə buraxılmalıdır”.
Millət vəkili Vahid Əhmədov strateji yol xəritələrinin qəbul edilməsinin əhəmiyyətindən danışıb:
“Hesablama Palatası haqqında qanunun qəbulu zəruridir. Azərbaycanda rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəyiriksə, “Maliyyə nəzarəti haqqında” qanunu qəbul etməliyik.
Artıq bir neçə ildir ki, bu qanunu qəbul edə bilmirik. Xahiş edirəm ki, bu qanun gündəliyə salınsın. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır.
Bu qanun layihəsi iki oxunuşda parlamentdə qəbul edilib. Amma sonra bu qanun layihəsi üçüncü oxunuşa çıxarılmadı, səbəbi bilinmir. Niyə Rəqabət Məcəlləsini qəbul etmək istəmirik?”.
Bütün dünyada koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatlarına mənfi təsirləri, kapital qoyuluşunun kəskin azalması, maliyyə çətinlikləri fonunda neft-qaz yataqlarının axtarış-kəşfiyyatı, işlənməsi istiqamətində uzun illik tarixə və zəngin təcrübəyə malik olan SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) itkilər minimuma endirilib, bir çox sahələrdə gəlirlilik təmin olunub.
2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 4,5 milyon ton xam neft ixrac edilib.
2021-ci ilin I rübündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub.