Özbəkistanda qarşıdakı dörd il üçün beş prioritet istiqamət üzrə fəaliyyət strategiyasının layihəsi müzakirə edilib

Özbəkistanda qarşıdakı dörd il üçün beş prioritet istiqamət üzrə fəaliyyət strategiyasının layihəsi müzakirə edilib
28 2017 12:12

Özbəkistanda 2017-2021-ci illər üçün beş prioritet istiqamət üzrə fəaliyyət strategiyasının layihəsi və bununla bağlı Dövlət Proqramı müzakirəyə çıxarılıb.

Bu məsələlərlə əlaqədar Daşkəndin “İnternasional” mehmanxanasında keçirilən müzakirələrdə Özbəkistan Ali Məclisinin və Senatın deputatları, hökumətin üzvləri, alim və mütəxəssislər, ekspertlər, jurnalistlər iştirak edib.

Müzakirələrdə bildirilib ki, bu sənəd dövlət idarəçiliyinin, məhkəmə-hüquq sisteminin modernləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, sosial sektorda islahatlar və xarici siyasətin əsas prinsiplərini nəzərdə tutur.

Strategiyanın həlli çərçivəsində əlaqədar qurumlara tapşırılıb ki, 2017-ci ilin birinci rübündə dövlət sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər planı hazırlansın.

Sənəddə bildirilir ki, Özbəkistanın Qırğızıstan, Tacikistan, Türkmənistan və Qazaxıstan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi və danışıqlar prosesinin davam etdirilməsi, o cümlədən hüquqi sənədləşdirmə prosesi sürətləndirilsin.


17 İyun 2026
Dünya

Türkiyə parlamentinin iş müddəti uzadılıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iş müddəti uzadılıb.

17 İyun 2026
Dünya

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

17 İyun 2026
Dünya

Böyük Britaniyada tarixi tapıntı - FOTO

Böyük Britaniyanın Çelmsford şəhərindəki "Nyu-Holl" məktəbinin ərazisində Tüdor dövrünə aid tunellər aşkar edilib. Bu tunellərin VIII Henrinin itirilmiş Bolye sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb edib, çünki bu, İngiltərənin ən vacib XVI əsr kral iqamətgahlarından birinin tarixini daha dərindən öyrənməyə kömək edə bilər.

16 İyun 2026
Dünya

Çində güclü zəlzələ: Ölən və yaralılar var

Çində baş verən 6.3 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.

16 İyun 2026
Dünya

Çində 6.3 maqnitudalı zəlzələ oldu

Çinin şimal-qərbində yerləşən Tsinxay bölgəsində 6.3 maqnitudalı zəlzələ qeydə alınıb.