Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin ziyouz.uz, 1news.uz və sharh.uz portalları Dağlıq Qarabağda keçirilən “referendum”un qanuna zidd olması haqqında özbək dillində materiallar yayıb.
Məqalələrdə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Münxendə BMT-nin baş katibi Antonio Quterreş ilə görüşündə “Qondarma “Dağlıq Qarabağ respublikası”nın “konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum”un qeyri-qanuni olduğunu, bir sıra təşkilatların bu məsələyə etiraz etdiyini deyib. Qeyd olunur ki, bu, Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmadığını bir daha sübut edir”.
Bildirilir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu torpaqlar geri qaytarılmalıdır, burada qondarma “referendum” keçirmək isə gülüncdür.
Yazılarda vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib və bu sənədlərdə Ermənistanın işğal etdiyi torpaqlardan çıxmalı olduğu açıq-aydın yazılıb.
Materiallarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da danışılır. Qeyd olunur ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin nəzarətindədir. Ermənistan isə hələ də bu torpaqları azad etmək haqqında düşünmür.
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından bəri qüvvədə olan fövqəladə vəziyyət rejiminin müddətini daha 3 ay uzadıb.