Özbəkistan portalı qədim Naxçıvan haqqında məqalə yayıb

Özbəkistan portalı qədim Naxçıvan haqqında məqalə yayıb
19 Dek 2016 09:26

Özbəkistanın Kun.uz portalı qədim Naxçıvan haqqında məqalə yayıb.

Məqalədə bildirilir ki, bu qədim diyar haqqında Quran, Tövrat, Bibliya kimi müqəddəs kitablarda məlumat var. Bu kitablarda Böyük Daşqın, Nuh və onun ailəsi, Nuhun gəmisi haqqında söhbət açılır.

Qeyd olunur ki, Naxçıvanın ən qədim və müqəddəs abidəsi Nuhun muzeyi hesab edilir. Əfsanəyə görə, Nuh burada öz ailəsi üçün ev tikib, burada yaşayıb və burada da dəfn edilib. Mavzoleyin ən qədim dövrü eradan əvvəl 1500-cü ilə aiddir.

Bildirilir ki, bu torpaq dünya siyasətinə və elminə onlarla böyük insanlar bəxş edib. Onların arasında dünya şöhrətli siyasətçi Heydər Əliyev, böyük şair Hüseyn Cavid, memar Əcəmi Naxçıvani, Heyran xanım və digərləri var.

Məqalədə Xudafərin körpüsü, Əlincə qalası, Möminə Xatun türbəsi, Nuhun türbəsi, Qarabağlar abidəsi haqqında da məlumat verilir.

Yazıda adları çəkilən böyük tarixi şəxsiyyətlərin və qədim abidələrin fotoşəkilləri də verilib.


24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.