Ötən il şərab ixracı 3,5 milyon dollar təşkil edib

Ötən il şərab ixracı 3,5 milyon dollar təşkil edib
31 2017 09:54

AZƏRTAC xəbər verir ki, bu barədə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məlumat verib.

O deyib ki, ölkəmizin ayrı-ayrı bölgələrində üzümçülük sahələri genişləndirilir, yeni emal müəssisələri açılır, şərab istehsalının çeşidi isə artırılır. Daxili bazarda artıq yeni trend əmələ gəlir. İstehlakçılar ölkəmizdə istehsal olunan şərablara üstünlük verməyə başlayırlar. Bu sahənin inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək güzəştli kredit verilib.

“Şərablarımız xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb. Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və “Made in Azərbaycan” brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Belə ki, ötən ilin noyabr ayından bu günə kimi şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib. Şərabçılarımız Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda işgüzar görüşlərdə, AZPROMO-nun təşkilatçılığı ilə çoxsaylı biznes forumlarda iştirak edib, məhsullarını təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib. Cari ildə isə dünyada ən önəmli sayılan Çin və Almaniyada keçirilən iki beynəlxalq şərab sərgisində Azərbaycanın vahid ölkə stendi altında iştirak edəcəyik, müxtəlif ixrac missiyaları ilə şərablarımızı ölkə xaricində tanıdacağıq”, - deyə E.Mədətov əlavə edib.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.