Ötən il respublika ərazisində 68 partlayış hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu da 2015-ci illə müqayisədə 6 hadisə və ya 10 faiz çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 88 nəfər xəsarət alıb.
Hadisələrin 47-si fərdi evlərdə, biri fərdi evin yardımçı tikililərində, 7-si çoxmənzilli yaşayış binalarında, 1-i sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 1-i ticarət obyektlərində, 3-ü istehsalat obyektlərində, 2-si sənaye obyektlərinin binalarında, 1-i magistral neft-qaz boru kəmərlərində, 1-i sənaye neft-qaz boru kəmərlərində, 2-si kənd təsərrüfatı obyektlərində, biri anbarlarda və bazalarda, 1-i isə kommunikasiyalarda baş verib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2020-2025-ci illər ərzində aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsində lokal sahələri əhatə etməklə 50-dən artıq inşaat materialları yataqları aşkarlanıb və istifadəyə verilib.
Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.
Ölkə ərazisində dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.