NASA kosmik agentliyinin məlumatına görə, 2016-cı il bütün meteomüşahidələr tarixi ərzində ən isti il olub.
AZƏRTAC xəbər verir ki, alimlər ötən il torpağın və okeanın orta temperaturunun XX əsrin orta temperaturlarından 0,94 dərəcə, 2015-ci ilinkindən isə təqribən 0,1 dərəcə yüksək olduğunu bildiriblər.
NASA-dan bildiriblər ki, 2016-cı il dalbadal üçüncü dəfə ən isti il olub. Alimlərin fikrincə, buna parnik qazları və El-Ninyo səbəb olub.
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda “Sonsuz qardaşlıq – V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.
2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.
Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.