2016-cı ildə Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220 min 880 müraciət daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müraciətlərdən 195 min 573-ü Vətəndaşlarla iş bölməsi, 25 min 307-si (ərizə, teleqram) isə Dəftərxana sektoru tərəfindən qəbul olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) ötən il 146 min 38 zəng qəbul edib. Vətəndaşların Qəbulu Mərkəzində isə həmin dövrdə 49 min 535 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və birinci sinfə qəbulu, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.