Ötən il Rusiyanın neft hasilatı və ixracı artıb

Ötən il Rusiyanın neft hasilatı və ixracı artıb
05 2017 14:19

2016-cı ildə Rusiyanın neft hasilatı 2,5 faiz, neft ixracı isə 4,8 faiz artıb.

AZƏRTAC xəbər verir ki, ölkənin ümumi neft hasilatı 2,5 faiz artımla 547,5 milyon ton olub.

Ötən il ölkənin ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinin hasilatı 0,5 faiz artaraq 209,96 milyon ton təşkil edib. Rusiyanın nəhəng neft şirkəti “Lukoil”un istehsalı 2,8 faiz azalaraq 83,57 milyon ton olub. “Bashneft” istehsalını 6,3 faiz artıraraq 20,8 milyon tona çatdırıb, “Tatneft”in isə neft hasilatı 5,3 faiz çoxalaraq 28,69 milyon ton təşkil edib.

Rusiyanın neft ixracı 2016-cı ildə 4,8 faiz artaraq 253,9 milyon ton olub. Ötən ilin dekabr ayında isə ölkənin neft ixracı 3,5 faiz artımla 20,97 milyon tona yüksəlib.


12 İyul 2024
Dünya

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğlərdə yardım göstərəcək

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım göstərəcək.

12 İyul 2024
Dünya

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

12 İyul 2024
Dünya

Nepalda 2 avtobus çaya aşdı - 66 nəfər itkin düşdü

Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.

12 İyul 2024
Dünya

Ərdoğan Vaşinqtonda Makronla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş baş tutub.

12 İyul 2024
Dünya

Kanada sahillərində güclü zəlzələ baş verib

Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.