Ötən il Qax rayonunda dincələn turistlərin sayı 29 min nəfərə çatıb

Ötən il Qax rayonunda dincələn turistlərin sayı 29 min nəfərə çatıb
06 2017 17:32

Ötən il istirahət üçün Qax rayonunu seçən turistlərin sayı əvvəlki illə müqayisədə 5 min nəfərə yaxın artaraq, 29 min nəfər olub. Gələnlərin 26 min 300 nəfərini yerli, 2 min 700 nəfərini isə xarici turistlər təşkil edib.

Bu barədə AZƏRTAC-a Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Qax rayonu üzrə məsul nümayəndəsi Dilarə Əzizova məlumat verib.

Rayonun mülayim və saf dağ iqlimi, şəfaverici zəngin mineral bulaqları, əsrarəngiz təbiəti, şəlalələri, düzənlik və dağ meşələri, çayları, həmçinin qədim tarixi abidələri getdikcə daha çox turistin diqqətini özünə cəlb edir. Turist axınını sürətləndirən digər bir amil isə rayonda ilboyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərinin, həmçinin müasir tələblərə cavab verən infrastrukturun mövcud olmasıdır.

Hazırda Qax rayonunda 12 turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərdə yerlərin sayı 900-ə çatır. Turizm obyektlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 17-55 manat arasında dəyişir.

Rayonda əsasən kənd yaşıl, müalicə, istirahət və qış turizm növləri daha geniş yayılıb. Kənd yaşıl turizmindən daha çox yerli turistlər istifadə edirlər. Son illər turizmin bu növündən istifadə edənlərin sayı xeyli artıb. Xüsusilə yay aylarında ailəvi istirahətə gələnlər kənd evlərində qalmağa, təbiətə daha yaxın olmağa üstünlük verirlər. Turizmin bu növünün inkişafı, həm də yüzlərlə kənd ailəsinin güzəranının yaxşılaşmasına səbəb olur.


14 Fev 2026
Cəmiyyət

14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.

14 Fev 2026
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

13 Fev 2026
Cəmiyyət

Qarabağ müharibəsində itkin düşən şəhidin nəşi tapıldı

Birinci Qarabağ müharibəsinin mülki şəhidi Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

13 Fev 2026
Cəmiyyət

Zaur Mikayılov Qəbələdə vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Qəbələ rayonunda vətəndaşları qəbul edib.

13 Fev 2026
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib

Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr həyata keçirilib.