Ötən il Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 17 minə yaxın insan ziyarət edib

Ötən il Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 17 minə yaxın insan ziyarət edib
07 2017 12:04

Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ötən il ziyarət edənlərin sayı 16 min 864 nəfərə çatıb. Onlardan 2 min 204-ü 29 xarici ölkədən gələn vətəndaşlardır. Muzeyi internet üzərindən 36 min 740 nəfər izləyib.

AZƏRTAC xəbər verir ki, 2016-cı ildə muxtar respublikada fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam etdirilib. Ötən il Heydər Əliyev Muzeyinə 1189 ekskursiya təşkil olunub.

Bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili məktəblərinin tələbələrinin, həmçinin orta məktəblərin şagirdlərinin iştirakı ilə muzeydə 104 açıq, 5 interaktiv dərs təşkil olunub, 10 tədbir keçirilib.

Heydər Əliyev Muzeyi naxçıvanlılarla yanaşı, muxtar respublikaya ölkəmizin digər regionlarından və başqa dövlətlərdən gələn qonaqların ən çox üz tutduqları ünvandır. Muzey görkəmli dövlət xadiminin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla zəngindir və daim yeni eksponatlar gətirilir. Bu gün eksponatların sayı 4 min 629-a çatdırılıb. Onlardan 41-i 2016-cı ildə muzeyə verilib.

Azərbaycanın müasir dövlətçilik tarixi və Ümummilli Liderin siyasi irsi ilə maraqlananlar dəyərli məlumatlar əldə etmək üçün bu mədəniyyət müəssisəsinin kitabxana fondundan da səmərəli istifadə edə bilirlər. Bu gün Heydər Əliyev Muzeyinin kitabxanasında 595 adda 1212 kitab var.


17 İyun 2025
Cəmiyyət

Dini Komitə yanında İctimai Şuranın üzvləri Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.

17 İyun 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 7 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 495 min 500 sərnişin daşınıb.

17 İyun 2025
Cəmiyyət

Bu ilin beş ayında azad edilmiş ərazilərdə 27 min 204 hektar sahə minalardan təmizlənib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində baş tutub.

17 İyun 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.