Hər il olduğu kimi ötən il də Bakı Heyvanat Parkını ziyarət edən insanların sayında artım müşahidə edilib.
Bakı Heyvanat Parkından AZƏRTAC-a bildirilib ki, 2016-cı ildə parkı 85 min insan ziyarət edib. Ziyarətçilərin 51 mini uşaqların, 34 mini isə böyüklərin payına düşür. Həmçinin parka 2115 nəfər olmaqla 70 ekskursiya da təşkil olunub.
Bununla yanaşı, ötən il Bakı Heyvanat Parkı üçün bir sıra yeniliklər ilə də yadda qalıb. Belə ki, Çexiyanın aidiyyəti qurumları ilə Bakı Heyvanat Parkı arasında bağlanmış müqaviləyə əsasən bu ölkədən parka iki baş muntcaq, üç baş cırtdan keçi gətirilib.
Bakıda və Abşeron yarımadasında fevralın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib.
Fevralın 3-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.