Ötən il Azərbaycanın güc strukturlarına təhvil verilmiş silah-sursatın siyahısı açıqlanıb

Ötən il Azərbaycanın güc strukturlarına təhvil verilmiş silah-sursatın siyahısı açıqlanıb
09 2017 09:32

Ötən il Azərbaycanın güc strukturlarına təhvil verilmiş silah-sursatın siyahısı açıqlanıb.

Trend-in məlumatlna görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir.

Qeyd olunur ki, 2016-cı ildə Azərbaycanda 4 məmulat üzrə (NATO standartlarına uyğun “Yalquzaq” snayper tüfəngi, səhra telefon aparatı, artilleriya atəşinin idarə edilməsi üçün əsas atəş parametrlərini hesablama səhra kompüteri və UDŞ tipli tüstüverici şaşka) təcrübi-konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Yarımavtomat əl qumbaraatanının və kiçik kalibrli artilleriya döyüş sutsatları üçün 4 adda partladıcıların istehsalat hazırlığı işləri başa çatdırılıb. Təkmilləşdirilmiş snayper tüfənginin, 30 mm-lik qumbaraatan kompleksinin və xüsusi təyinatlı əl pulemyotunun sınaqlarına başlanılıb.

Hesabat ilində bağlanmış müqavilələr üzrə 156 milyon 397,7 milyon min manat məbləğində müxtəlif müdafiə təyinatlı məmulatlar istehsal edilib. Təhvil verilmiş məmulatların həcmi 2007-ci illə müqayisədə 35,8 dəfə, 2010-cu ilə nisbətən 2,9 dəfə artıb. 2015-ci illə müqayisədə isə artım 1,3 dəfə təşkil edib.

Artıq müəssisələrdə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmularların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1100-ə çatıb.

Azərbaycan Prezidentinin tapşırığı ilə qısa müddət ərzində yaradılmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və istehsalına başlanılıb. 2017-ci ildə daha 2 növ pilotsuz uçuş aparatının istehsalının təşkili planlaşdırılır.

2016-cı ildə bağlanmış müqavilələr üzrə güc strukturlarına təhvil verilmiş məmulatlardan müxtəlif çaplı minaatanlar və onlar üçün atəş yığımlarını, 5.45 mm-lik avtomatı, 7.62 mm-lik universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, 30 mm-lik avtomatik qumbaraatan kompleksini, ZU-23-2 zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, PG-7V tipli qumbaranı, təlim üçün aviasiya bombalarını, 2 növ “Orbiter” tipli pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.

2016-cı ildə müdafiə sənayesi üzrə məhsul istehsalının ümumi həcmi 272,6 milyon manat təşkil edib və proqnoza 100,2 faiz əməl edilib. Ümumi məhsul istehsalı həcmi 2010-cu ilə nisbətən 3 dəfə artıb. 2015-ci illə müqayisədə ümumi məhsul istehsalında 0,7 faiz azalma olmasına baxmayaraq, müdafiə təyinatlı məmulatların istehsal həcmində 2010-cu illə müqayisədə 4,1 dəfə, 2015-ci illə müqayisədə isə 1,8 dəfə artım olub.

Hesabat ilində ümumi həcmi 100 milyon dollardan artıq olan ixrac müqavilələri imzalanıb. Bağlanmış müqavilələr üzrə məhsulların bir qismi istehsal olunaraq ixrac edilib. 2017-ci ildə müqavilələrin icrası davam etdiriləcək.


30 Noy 2023
Cəmiyyət

Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar - SİYAHI

Xankəndidəki Qarabağ Universitetində tədris olunacaq ixtisaslar açıqlanıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov isveçli həmkarı ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçin xarici işlər naziri Tobias Billströmlə görüşüb.

30 Noy 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.