Ötən il Azərbaycanda 81 adda 205 qutu dərman vasitəsi satışdan çıxarılıb

Ötən il Azərbaycanda 81 adda 205 qutu dərman vasitəsi satışdan çıxarılıb
07 2017 14:04

Ötən il Azərbaycanda dərmanların keyfiyyətinə nəzarət məqsədilə aparılmış növbədənkənar yoxlamalar nəticəsində 81 adda (85 seriyada) 205 qutu dərman vasitəsi satışdan çıxarılıb. 

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında qeyd olunub ki, bundan əlavə, 28 mindən çox dərman vasitəsinin analizi aparılıb, bunlardan 8-i standartların tələblərinə cavab verməyib. İl ərzində 455 dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 890 dərman vasitəsi qeydiyyat və yenidən qeydiyyat proseduruna qəbul olunub.
 
Keyfiyyətsiz, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının müvafiq tövsiyələrini rəhbər tutaraq “Etibarlı İstehsalat Təcrübəsi” (GMP), “Etibarlı Aptek Təcrübəsi” (GPP), “Etibarlı Distribyutor Təcrübəsi” (GDP) və “Etibarlı Saxlama Təcrübəsi” (GSP) milli standartlarının layihələri hazırlanıb.
Vətəndaş və sahibkarların müraciətlərinə baxılmasının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə əczaçılıq sahəsinə aid “bir pəncərə” xidməti təşkil edilib.

Dərmanların əsassız qiymət artımının qarşısını almaq üçün Tarif Şurası tərəfindən 10 mindən çox dərman vasitəsinin qiyməti tənzimlənib.


17 İyun 2025
Cəmiyyət

Dini Komitə yanında İctimai Şuranın üzvləri Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.

17 İyun 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 7 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 495 min 500 sərnişin daşınıb.

17 İyun 2025
Cəmiyyət

Bu ilin beş ayında azad edilmiş ərazilərdə 27 min 204 hektar sahə minalardan təmizlənib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində baş tutub.

17 İyun 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.