2016-cı il ərzində Azərbaycanda 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPI) məlumat daxil olub. Bu barədə Trend-ə İdarədən məlumat verilib.
Oğurlanan nəqliyyat vasitələrindən 227-i tapılıb.
Ötən il ərzində BDYPİ-nin avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 20 şəxs və 57 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 1104 fakt və 94 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
“Bu gün səfir Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb”.
Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/san, arabir 23-28 m/san olacağı gözlənilir.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 808 vaksin vurulub.