Ötən il 3700-dən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Ötən il 3700-dən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub
16 2017 16:33

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 3700 nəfərdən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına, 117 244 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 3 352 nəfər, o cümlədən 143 nəfər əlilliyi olan şəxs üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.

Bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən gənclərin sayı isə 350 nəfər təşkil edib. Mərkəzdə peşə hazırlığı kursları dövründə sağlamlıq imkanları məhdud gənclərin burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilib. Ümumilikdə 2016-cı ildə nazirlik tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 3 702 nəfərin 493 nəfəri (13,3 faiz) əlilliyi olan şəxslərdən ibarət olub.
Kurslarda kompyuter istifadəçisi, mebel quraşdırıcısı, əməliyyatçı mühasib, dərzi, elektrik montyoru, qənnadçı, bərbər, xalçaçı, avtomobil təmiri üzrə çilingər, elektrik qaynaqçısı və s. peşələr tədris olunub. Peşələrin öyrədilməsi prosesində çevik və daha səmərəli peşə təlimi metodologiyasından ibarət olan modul tədris üsulundan da geniş istifadə edilib. Kursları bitirənlərə peşə sertifikatları verilib.

Gənclərin əmək bazarının tələbləri nəzərə alınmaqla gələcək peşə və ixtisas seçimini düzgün aparmaları məqsədilə peşəyönümü tədbirləri də davam etdirilib. Bir sıra hallarda valideynlərin də iştirakının təmin edildiyi bu tədbirlər vasitəsilə ötən il böyük əksəriyyəti orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 117 244 nəfər gəncə peşəyönümü məsləhətləri verilib.


24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.