Orqanizmdə dəmir çatışmazlığı infeksiyalara həssaslığı yüksəldir

Orqanizmdə dəmir çatışmazlığı infeksiyalara həssaslığı yüksəldir
01 2017 17:45

Orqanizmdə dəmirin ümumi miqdarı təxminən 4.2 qramdır. Bunun təxminən 75-80 faizi hemoqlobinin, 20-25 faizi dəmir rezervin, 5-10 faizi mioqlobinin tərkibinə daxildir, 1 faizi isə hüceyrələrdə, toxumalarda, tənəffüs proseslərinin katalizə edən tənəffüs fermentlərindədir.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Xalq Təbabəti Mərkəzinin həkimi, terapevt-kardioloq Kəmalə Həsənova məlumat verib.

K.Həsənova deyib: “Bu elementin orqanizmdə funksiyası oksigeni hemoqlobin formasında eritrositlərə daşımaq, əzələ toxumalarında oksigenin mioqlobin formasında saxlamaqdır. Bir sıra fermentlərin tərkibinə daxil olan dəmir orqanizmdə həm də mitoxondrial sitoxromlarda enerji məhsuludur.

Dəmirin sutkalıq məsləhət görülən dozası kişilər üçün 10, qadınlar üçün isə 18 milliqramdır. Yaşlı insanlarda bu norma nisbətən dəyişir. Dəmir orqanizmdən sidik və tər ifrazı yolu ilə xaric olunur. Bu elementin orqanizmdə optimal sovrulması üçün mədə şirəsinin normal sekresiyası vacibdir.

Orqanizmdə dəmir defisiti hipoxrom və hemolitik anemiyalar, saç və dırnaqların trofiki dəyişiklikləri, iştahanın pozulması, yaddaşın pisləşməsi və konsentrasiya, ağız boşluğunun selikli qişasının iltihabı, infeksiyalara həssaslığın yüklənməsi, atrofik qastrit, xroniki hepatit, sirroz və bir sıra digər fəsadlarla müşahidə oluna bilər. Dəmir defisiti qoyulmuş vəziyyət xüsusi qidalanma və dəmirlə əvəzedici terapiya köməyi ilə korreksiya olunmalıdır. Dəmir lazimi miqdarda toxuma metabolizmi üçün geniş yayılmış və essensial mikroelementdir.

Dəmir bütün qida məhsullarında var, ancaq orqanizm sutkada 1-2 milliqram mənimsəyə bilir. Bu elementin qəbul olunması və defisiti arasında tarazlığın cüzi pozulması dəmir çatışmazlığına səbəb olur. Bütün inkişaf etmiş ölkələrdə dəmir çatışmazlığı anemiyanın yayılma səviyyəsi azdır. Buna baxmayaraq qidalanma xüsusiyyətlərindən asılı olduğuna görə ən geniş yayılmış xəstəlik olaraq qalır.

Bu element çatışmazlığı patologiyalarının səbəbi düzgün qidalanmamaq və dəmirin qida ilə orqanizmə daxil olmasının pozulmasıdır. Heyvani zülal, askorbin və digər orqanik turşular dəmirin sovrulmasını yaxşılaşdırır. Bu səbəbdən də vitamin və orqanik turşularla zəngin meyvə-tərəvəz vasitəsilə dəmir daha yaxşı qəbul olunur.

Qida məhsullarında dəmir mənbələri püstə, soya unu, inək və mal qaraciyəri, mərcimək, qarabaşaq və yulaf yarması, buğda və qarğıdalıdır”.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.