Ordumuzun Naxçıvandakı yeni mövqelərinin görüntüləri FOTO, VİDEO

Ordumuzun Naxçıvandakı yeni mövqelərinin görüntüləri FOTO, VİDEO
30 2018 17:55

Sosial şəbəkələrin erməni istifadəçiləri Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək yeni strateji mövqelər tutmasını əks etdirən fotoları yayıb.

Realpress.az xəbər verir ki, bu barədə “Vkontakte” sosial şəbəkəsi məlumat yayıb. Sosial şəbəkə “Hərbi xəbərlər” qrupuna istinadən bildirir ki, ermənilər Azərbaycan ordusunun yeni mövqelər tutması nəticəsində Ermənistanın Areni kəndinin tamamilə Azərbaycanın nəzarəti altına keçdiyini bildirirlər.


Məlumata görə Siranuş Tumanyan adlı istifadəçi Azərbaycan ordusunun mövqelərinin Areni kəndindən çəkilmiş fotolarını paylaşıb və yazıb: "Azərbaycan ordusunun Areni kəndinin üzərində yeni mövqeləri. Şəkil indi çəkilib. Areni kəndi tam olaraq Azərbaycan ordusunun nəzarətinə keçib. Bizim mövqelərimiz isə aşağıda qalıb. Kənd panikadadır. Bunu inkar edənlərə inanmayın. Gəlin öz gözlərinizlə görün." 

 Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan da faktı təstiqləyib. "Bəli Azərbaycan ordusunun Areni kəndi istiqamətində yeni postları qurulub. Ancaq panikaya düşməyə əsas yoxdur. Azərbaycan öz əraziləri daxilində mövqe qurub. Bizim özümüzün də çoxlu dominant yüksəkliklərimiz və mövqelərimiz var. Və sosial şəbəkələrdə müzakirələr vəzifələrin yerinə yetirilməsinə mane olur. Xahiş edirəm təmkinli olun"-Ovanisyan özünün Facebook səhifəsində yazıb.

Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin xüsusi təyinatlıları qoşunların təmas xətti boyu neytral zonada irəliləyərək yeni yüksəkliklər, o cümlədən Şərur rayonu ərazisindəki Qızılqaya yüksəkliyini tutub. Nəticədə 1992-ci ilin mayında Ermənistan ordusunun nəzarəti altına düşən və neytral zonada qalan Günnüt kəndi atəş altından çıxarılıb. Eyni zamanda ordumuz Yerevan-Gorus-Laçın yoluna da nəzarət etmək imkanı əldə edib. Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək böyük əraziləri nəzarət altına almasını erməni hərbi reportyor Edik Bağdasaryan da açıqlamışdı.


13 Yan 2026
Cəmiyyət

Azərbaycan 3 ölkədən təbii bal tədarükünü bərpa edib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 478 min ABŞ dolları dəyərində 85,3 ton təbii bal idxal edib.

13 Yan 2026
Cəmiyyət

Sumqayıtda silah-sursat tapılıb

Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.

13 Yan 2026
Cəmiyyət

Bu ayın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.

13 Yan 2026
Cəmiyyət

Sabah Bakıya sulu qar yağacaq, güclü külək əsəcək - 14.01.2026

Azərbaycanda yanvarın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

13 Yan 2026
Cəmiyyət

Biləsuvarda zəlzələ olub

Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.