Onlayn aviabilet alarkən, nəyi yadda saxlamaq lazımdır

Onlayn aviabilet alarkən, nəyi yadda saxlamaq lazımdır
14 2017 17:55

Onlayn aviabilet almaq –  turizm agentliyinə əlavə pul vermədən, öz səyahətini sürətlə və problemsiz şəkildə təşkil etmək deməkdir. Turistdən tələb olunan yeganə şey – bir qədər diqqətli olmaq və bir az hazırlıqdır. Aviabiletləri onlayn alarkən, mütləq riayət olunmalı bir sıra qaydalar mövcuddur. 

Viza

Aviabilet almazdan əvvəl, gedəcəyiniz ölkə üçün sizə viza lazım olub-olmadığını dəqiqləşdirin. Əgər viza lazımdırsa, onu aviabileti almazdan əvvəl açdırın

Uçuşun tarifi

Aviabileti almaq istədiyiniz tarifin xüsusiyyətlərini diqqətlə öyrənin. Bu informasiya  aviabileti hansı hallarda və hansı şərtlərdə qaytara biləcəyinizi, baqajın dəyərinin aviabiletə daxil edilib-edilmədiyini,  göyərtədə hansı  xidmətlərin ödənişsiz təqdim ediləcəyi öyrənməyə imkan verəcəkdir.

Sərnişin haqqında məlumatlar

Aviabiletlərin bron edilməsi və satın alınması zamanı pasport məlumatlarını diqqətlə daxil edin. Hərdən pasport məlumatlarında və ya səyahət tarixində yol verilən səhvlərə görə aviaşirkətlər sərnişinlərə cərimə tətbiq edirlər. Bilet üçün onlayn ödəniş etməzdən əvvəl bütün informasiyanı, eləcə də gediş və gəliş uçuş tarixlərini diqqətlə yoxlayın.

Baqajın çəkisi

Sizin tərəfinizdən seçilmiş aviaşirkətin baqajın aparılması üçün hansı normaları müəyyən etdiyini, eləcə də əl yükü çəkisinin nə qədər təşkil edəcəyini və salona neçə çanta götürməyə icazə verildiyini  öyrənin.

 Aviabiletin dəyəri

Aviabileti nə qədər tez alsanız, onun qiyməti bir o qədər ucuz olacaqdır. Biletlər səfərə bir və ya iki ay qalmış onlayn almaq ən optimal variantdır. Məhz bu dövrdə aviaşirkətlər qiymətləri ən aşağı səviyyəyə qədər azaldırlar.

23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.