Omanda korporativ vergi dərəcəsinin 12 faizdən 15 faizə qaldırılması barədə qərar qəbul edilib və bütün müəssisələrə vergi ödəmək öhdəliyi qoyulub.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, əvvəllər bu vergini ödəmək üçün müəyyənləşdirilmiş 30 min Oman realı (77,9 min ABŞ dolları) məbləğində hədd korporativ verginin yalnız gəlirləri yüksək olan şirkətlərdən tutulmasını tələb edirdi. Lakin şirkətlərin kütləvi şəkildə vergidən yayındıqları barədə çoxsaylı faktlar aşkar ediləndən sonra hökumət bütün müəssisələri vergi öhdəliyinə cəlb etmək qərarına gəlib.
Omanın maliyyə naziri bildirib ki, ödənişlərin daha da şəffaflaşdırılması üçün vergi sisteminin sadələşdirilməsi layihəsinə hazırlıq görülür. Hazırda güzəştli vergi rejimi yalnız audit, vergi bəyannamələrinin hazırlanması və mühasibat uçotu sahəsində çalışan kiçik şirkətlərə aid edilir.
Qəzza zolağında köçürülən insanların sayı 1,8 milyon nəfərə çatıb. Bu, anklav sakinlərinin təxminən 80%-ni təşkil edir.
Türkiyənin Şırnak bölgəsində Qabar dağında aparılan seysmik və qazma işləri nəticəsində hər gün yeni neft yataqları kəşf edilir.
Krımda sahilə vuran fırtınadan sonra təxminən 9,3 min insan işıqsız qalıb.