Ölkənin iqtisadi inkişafında özəl sektorun və sahibkarlığın rolu daha da artıb

Ölkənin iqtisadi inkişafında özəl sektorun və sahibkarlığın rolu daha da artıb
01 2017 17:27

Respublikamızda son illər inşaat sektorunun inkişafı, həmçinin tikinti materiallarının istehsalı sahəsində ciddi tədbirlər görülür. Sahibkarlığın inkişafı, əlverişli biznes və investisiya mühitinin yaradılması, ölkəyə xarici sərmayələrin cəlb edilməsi, həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin bariz nümunəsidir. Bu məqsədyönlü siyasət nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi tərəqqisində rolu daha da artıb. Prezident İlham Əliyevin Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd etdiyi kimi, sahibkarlığın inkişafı ilə bağlı bütün lazımi tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “AS Group Investment” şirkətlər qrupunun tikinti materialları üzrə mütəxəssisi İmamqulu İmamquliyev deyib.

Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən İ.İmamquliyev “AS Group Investment”in özəl və dövlət sektorunda 10 ildən artıq uğurlu kompleks layihələr həyata keçirdiyini söyləyib. Onun sözlərinə görə, şirkətin əsas fəaliyyət sahəsi yaşayış və inzibati binaların, kommersiya obyektlərinin layihələndirilməsi və inşası, tikinti məhsullarının istehsalı üçün xammal təchizatı və digər istiqamətlərdir.

İ.İmamquliyev vurğulayıb ki, “AS Group Investment” Türkiyə və İtaliyanın birgə istehsalı olan bir neçə zavodun sahibidir. Hər bir zavod beton qarışığın hazırlanma qaydalarına ciddi riayət edən müasir idarəetmə və kompüter sistemləri ilə təchiz olunub. İstehsal olunan betonun keyfiyyətinə isə xüsusi laboratoriyada nəzarət edilir.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.