Ölkəmizin ən uzunömürlü sakinləri Lənkəran rayonunda yaşayırlar

Ölkəmizin ən uzunömürlü sakinləri Lənkəran rayonunda yaşayırlar
27 2017 13:13

Azərbaycan dünya ölkələri arasında həmişə uzunömürlü sakinləri ilə fərqlənib. Bəs bu ənənə indi davam edirmi və umumiyyətlə kim uzunömürlü hesab olunur?

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova AZƏRTAC-ın müxbirinin həmin sualına cavab verərək deyib: “Şəxsiyyət vəsiqəsində 90 yaşına çatmış və həmin yaşdan yuxarı olanlar uzunömürlü hesab edilir. Rəsmi statistikaya görə, hazırda ölkəmizdə 100 və daha artıq yaşa çatmış 838 uzunömürlü, o cümlədən 814 qadın, 24 kişi var”.

U.Həşimova daha sonra deyib: “Ölkəmizdə Lənkəran və Talış dağlarının yerləşdiyi cənub-şərq zonası uzunömürlüləri ilə daha çox seçilir. Həmin məlumat İnstitutumuzda qocalmanın biologiyası məsələləri ilə məşğul olan laboratoriyanın apardığı tədqiqatlarda da təsdiq olunur. Uzunömürlü sakinlərə Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında, Qazax və Şamaxı bölgələrində də təsadüf edilir.

Laboratoriyamızda əldə edilən məlumatlara əsasən ölkəmizdə ən uzunömürlü qadın 1912-ci ildə anadan olmuş və hal-hazırda Lənkəran rayonunun Harmatuk kəndində yaşayan Vəsmə Abbasovadır, ən qocaman kişi isə 1913-cü ildə anadan olmuş və həmin rayonun Şuruk kəndində yaşayan İsmayıl Əliyevdir”.

“Uzunömürlülüyün səbəbləri haqqında birmənalı rəy olmasa da, mütəxəssislərin böyük əksəriyyəti çox yaşamağı əsasən mühit amilləri və həyat tərzi, müəyyən hissəsi isə genetik amillər, yəni nəsildə uzunömürlülük fenomeninin olması ilə əlaqələndirirlər. Müntəzəm fiziki fəallıq, vaxtaşırı həkim müayinələrindən keçməklə xəstəliklərin qarşısının alınması, eləcə də bu və ya digər zərərli vərdişlərin olmaması uzunömürlülüyə səbəb olan amillər sayılır”,-deyə U. Həşimova əlavə edib.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.