Ölkəmizdə ağır profilli xəstələr daha çox tibbi sığortaya cəlb edilir

Ölkəmizdə ağır profilli xəstələr daha çox tibbi sığortaya cəlb edilir
05 2017 12:55

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın hesabat iclası keçirilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə klinikanın müalicə işləri üzrə direktor müavini Adil Nuriyev şöbələrin ümumi fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, klinikada yanvar ayı ilə müqayisədə fevralda xəstə qəbulunda artım müşahidə edilib. Daha çox xəstə II və III pediatriya, hematologiya, ümumi terapiya şöbələrinə daxil olub. Gündüz stasionarında isə daha çox xəstə angioqrafiya, hematologiya, qastreontorologiya, II pediatriyaya şöbələrinə müraciət edib.

Pediatr-allerqoloq, professor Amaliya Eyyubova 2011-2016-cı illər arasında II pediatriya şöbəsinə daxil olan uşaqların sayında daima artım olduğunu deyib ki, bunların arasında oğlanlar çoxluq təşkil edir. Şöbədəki “Astma” və “Diabet” məktəbinin fəaliyyətindən danışan A.Eyyubova, burada həm valideynlərin, həm də uşaqların xüsusi proqramla hazırlanmış tədris prosesində iştirak edə biləcəklərini deyib.

Professor qeyd edib ki, bu gün uşaqlar arasında şəkərli diabet daha geniş yayılmış xəstəliklər sırasındadır. Şöbənin immun sisteminin çatışmazlığı məsələləri ilə də məşğul olduğunu deyən, A.Eyyubova daha çox qəbul edilən uşaqların 8-10 yaş arasında olduqlarını bildirib.

İclasda pulmonologiya, allerqologiya və nefrologiya şöbəsinin 2016-cı il üçün hesabatı dinlənilib. Şöbənin müdiri Kəmalə Ağayeva bildirib ki, 2013-2016-cı illəri müqayisə etdikdə xəstə qəbulunda ən yüksək göstərici 2014-cü ildə müşahidə edilib. K.Ağayeva 2016-cı ildə pulmonoloji xəstələrin daha çox qəbul edildiyini qeyd edib.

Sığorta şöbəsinin mütəxəssisi Cəmilə Butayeva tibbi sığortanın vacibliyini qeyd edib. Bildirilib ki, bir sıra xarici ölkələrlə müqayisədə ölkəmizdə ağır profilli xəstələr daha çox tibbi sığortaya cəlb edilir.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.